Rektor: BDU-nun yeni yataqxanası 2500-3000 nəfərlik olacaq
“Tələbə yataqxanaları ilə bağlı parlamentdə müzakirələr gedir. Qərar qəbul olunduqdan sonra dövlət-özəl tərəfdaşlığının bizim qarşımızda açacağı perspektivlərdən istifadə edərək yataqxana məsələsini yüksək səviyyədə həll edəcəyimizi düşünürük”.Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
“Yataqxananın 2500-3000 nəfərlik olacağı gözlənilir. Bildiyiniz kimi, universitetin tələbə yükü çoxdur və əksəriyyəti regionlardan gəlmiş tələbələrdir”, - rektor qeyd edib.
Şərhlər: 0
Şərh yaz
