Azinfo » Xəbər » Sosial xəbərlər » Nazir müavini: Oxçuçayla bağlı beynəlxalq təşkilatlara müraciət etsək də, heç bir tədbir görülmədi

Nazir müavini: Oxçuçayla bağlı beynəlxalq təşkilatlara müraciət etsək də, heç bir tədbir görülmədi

Tarix : 12-12-2022   /   Xəbər / Sosial xəbərlər  
“Ermənistan ərazisində Zəngəzur Mis-Molibden Kombinatı və digər müəssisələrin tullantı sularının təmizlənmədən axıdılması səbəbindən Oxçuçayda ekoloji fəlakət vəziyyəti yaranıb”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, vaxtilə tədbirlər görüldü, vəziyyət stabilləşdirildi: “Lakin noyabrın 30-dan etibarən orda suda zərərli maddələrin dəfələrlə çox olması müəyyən edilib. Bununla bağlı həm qarşı tərəfə, həm də beynəlxalq təşkilatlara müraciət etsək də, heç bir tədbir görülmədi".

Şərhlər: 0

Şərh yaz