Azinfo » Xəbər » Sosial xəbərlər » Komitə sədri: Qısqanclıq zəminində 10 600 cinayətin qarşısı alınıb

Komitə sədri: Qısqanclıq zəminində 10 600 cinayətin qarşısı alınıb

Tarix : 20-12-2022   /   Xəbər / Sosial xəbərlər  
“Tərəfimizdən hazırlanmış Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üzrə 2023-2025-ci Milli Fəaliyyət Planının qəbul edilməsi bu sahədə çox mühüm addım olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, qanunvericilikdə gender ekspertizasının aparılması qaydası müəyyən edilməlidir: “Bu zəruri qaydanı müəyyən etməliyik. Bu baxımdan Dövlət Komitəsi tərəfindən bir sıra yeni təkliflər hazırlanıb”.

Bahar Muradova nəzərə çatdırıb ki, 2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət edilən 2197 cinayət qeydə alınıb: “Ötən il verilən mühafizə orderlərinin sayı da artıb, 10 600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb. Təsəvvür edin, bunun qarşısı alınmasaydı, bu qədər cinayət qeydə alına bilərdi”.

Şərhlər: 0

Şərh yaz