Azinfo » Xəbər » Sosial xəbərlər » UNEC-in Zaqatala filialında imtahan sisteminə müdaxilə edən tələbələr universitetdən xaric edilib

UNEC-in Zaqatala filialında imtahan sisteminə müdaxilə edən tələbələr universitetdən xaric edilib

Tarix : 20-12-2022   /   Xəbər / Sosial xəbərlər  
Sosial şəbəkədə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 5 tələbənin imtahan sisteminə müdaxilə etdiyinə görə universitetdən xaric edildiyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova  bildirib ki, Universitetin Zaqatala filialında elektron imtahan sisteminə müdaxilə faktı müəyyən olunub:

“Bununla əlaqədar olaraq, müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib. Həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb”.

Şərhlər: 0

Şərh yaz