Azinfo » Xəbər » Sosial xəbərlər » Xankəndi-Laçın yolundan sülhməramlıların minik maşınları maneəsiz keçib

Xankəndi-Laçın yolundan sülhməramlıların minik maşınları maneəsiz keçib

Tarix : 27-12-2022   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Şərhlər: 0

Şərh yaz