Azinfo » Xəbər » Sosial xəbərlər » TƏBİB sədri Vüqar Qurbanov Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

TƏBİB sədri Vüqar Qurbanov Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

Tarix : 03-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində tibb müəssisələrinə 37-yə yaxın xəsarət almış şəxs daxil olub.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

"Hadisə baş verən əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar tibb müəssisələrinə yerləşdirilib.Stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb", - o qeyd edib.

Şərhlər: 0

Şərh yaz