Azərbaycanda ilk dəfə “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfrans keçiriləcək
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Türkiyədən gəlmiş Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru M.Elif Günçe Eskiköy, məhkəmə-tibb eksperti Uyum Vehit və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrup rəhbərinin müavini Eldar Səmədovla görüş keçirilib.Görüşdə 22-24 may 2023-cü il tarixlərdə Bakı şəhərində “Məhkəmə arxeologiyası və antropologiyası” adlı I Beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Tərəflərin iştirakı ilə İşçi qrupun yaradılması barədə müzakirələr aparılıb və öhdəliklər qəbul edilib
Şərhlər: 0
Şərh yaz
