Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı Masallı rayonunda da icra olunmaqdadır- FOTO
Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...”, - deyən Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.
Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı daim hiss olunmaqdadır.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı Masallı rayonunda da icra olunmaqdadır.
Belə ki, cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyqun olaraq, Masallı rayonunun Böyuk Xocavar kəndində l Qarabağ müharibəsi şəhidi Məmmədov Bəyalı İlyas oğlunun 82 yaşlı anası Mustafayeva Tahirə Rəşid qizina üç otaqlı, bir mərtəbəli ev tikilərək, 14.12.2022 - ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov tərəfindən təqdim edilmişdir. Bu gün isə, Tahirə Mustafayevaya təqdim olunan evin bütün mebel və məişət əşyaları Ölkə başçısı cənab İlham Əliyev tərəfindən hədiyyə olunmuşdur.
Msallı rayonunun Çaxırlı kəndində digər bir şəhid Gözəlov Ziya Zahid oğlunun bacısına cehizlik mebel və məişət əşyaları da Olkə başçısı cənab İlham Əliyev tərəfindən hədiyyə olunmuşdur.
Qeyd edək ki, Ziya Gözəlovun bacısının yaxın günlərdə toy məclisi keçiriləcək və ailə həyatı quracaqdır.
Azinfo.az - a müsahibəsində şəhid Bəyalı Məmmədovun anası Tahirə Mustafayeva onlara göstərilən yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürünü bildirdi. Şəhid anası Ölkə başçısının qayğıları ilə tam əhatə olunduqlarını xüsusi olaraq qeyd etdi.Rayon rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ziyarət olunduqları və qayğıları ilə maraqlandıqlarını bildirdi.Ölkə başçısının şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlanılması kimi qiymətləndirilməsini vurğulayan şəhid anası, bir daha Ölkə başçısı cənab İlham Əliyevə Təşəkkürünü bildirdi.
Şərhlər: 0
Şərh yaz