Azinfo » Xəbər » Sosial xəbərlər » DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

DİM: 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Tarix : 03-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz