Azinfo » Xəbər » Sosial xəbərlər » Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verib

Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verib

Tarix : 06-02-2023   /   Xəbər / Sosial xəbərlər  
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikası ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkədən olan həmkarlarına – Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib.

Nazir Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Şərhlər: 0

Şərh yaz