Masallıda "Ağa Market" marketlər şəbəkəsinin növbəti filialı fəaliyyətə başladı.
Bu gün Masallı şəhəri 20 yanvar küçəsində , meyvə-tərəvəz bazarının yanında "Ağa Market" marketlər şəbəkəsinin növbəti filialı fəaliyyətə başladı. Ağa Market rayonumuzun bir çox ərazisində fəaliyyət göstərən , rayon əhalisinin böyük rəğbətini qazanmış və hər kəsin sevimlisinə çevrilmiş marketlər şəbəkəsidir.
Marketlər şəbəkəsinin təsisçisi Alxas Əşrəfov da, müştərilərinin və rayon sakinlərinin qəlbini fəth etmiş xeyriyyəçilərdən biridir. Alxas müəllim koronavirus əleyhinə pandemiya və post-pandemiya dövründə aztəminatlı , işsiz ailələrə yardımlar göndərərək, onlara dəstək olmuşdur.
44 günlük vətən müharibəsində qanıyla və canıyla döyüşən qazilər , şəhidlərin ailələri və müharibə iştirakçıları da , hər zaman Alxas müəllimin diqqət mərkəzində olmuşdur . Onların bütün qayğı və problemlərinin həlli istiqamətində öz imkanları çərçivəsində əlindən gələni etmişdir. Bir sözlə bütün çətin anlarda Alxas müəllim Masallı camaatının yanındadır və onlara dəstək olmaqdadır.
Qeyd edək ki , bu gün "Ağa Market" marketlər şəbəkəsi rayonumuzda onlarla gəncin iş yerinə çevrilib.




Şərhlər: 0
Şərh yaz
