Azinfo » Xəbər » Sosial xəbərlər » FHN: DYMX rəisi adından yayılan "məktub" saxtadır

FHN: DYMX rəisi adından yayılan "məktub" saxtadır

Tarix : 04-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.

FHN-dən  verilən məlumatda bildirilib ki, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.

"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", məlumatda deyilir.

Şərhlər: 0

Şərh yaz