Azinfo » Bloq » Köşə yazıları » Masallıda uşaq bağçaları arasında keçirilən “Şən startlar” yarışı başa çatıb -FOTO

Masallıda uşaq bağçaları arasında keçirilən “Şən startlar” yarışı başa çatıb -FOTO

Tarix : 07-05-2022   /   Bloq / Köşə yazıları  

Masallıda uşaq bağçaları arasında keçirilən “Şən startlar” yarışı başa çatıb 

 
7 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin «Viləş» uşaq bağçasında keçirilən “Şən startlar” bilik yarışması başa çatıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin qruplarındakı uşaqlar arasında Azərbaycanının Ümummilli Lideri Heydər Əliyevin 99-cu ildönümünə təşkil edilən “Şən startlar” bilik yarışının keçirilməsində əsas məqsəd uşaqların bir-biri ilə dostluq əlaqələrinin gücləndirilməsi, cəmiyyətdə sağlam vətəndaş kimi formalaşmasına stimul vermək olub.

Balaca fidanlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə suallara cavab veriblər. Onların cavabları münsiflər heyətinin yüksək bal qiymətləri ilə nəticələnib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən şəhərin «Viləş»  uşaq bağçasından xəbər verir ki, bilik yarışmasında Masallı rayonunun 13 məktəbəqədər tərbiyə müəssisəsi bir neçə yarımqrupda, hər biri 5 uşaq olmaqla mübarizə aparıb, dahi rəhbər Heydər Əliyev haqqında biliklərini sınayıblar.

Final görüşündə daha güclü olan Masallı şəhər 1 nömrəli uşaq bağçası I yer, şəhər «Viləş»  uşaq bağçası II yer, Masallı şəhər 2 nömrəli uşaq bağçası III yeri tutublar.

Qalib komandalara diplomlar təqdim edilib.

Şərhlər: 0

Şərh yaz