Xalqları birləşdirən ortaq mədəni irs.

Prezident İlham Əliyev 11 oktyabr 2022-ci ildə Qırğızıstanda rəsmi səfərdə olmuşdur
Qeyd etmək olar ki, Azərbaycan və Qrğızıstan Çar İmperiyası və Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. SSRİ dağıldıqdan sonra iki dövlət arasında münasibətlər daha da inkişaf etməyə başladır . Qardaş dövlət olan Qırğızıstanda on minlərlə azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində iki ölkə arasında mədəni münasibətlər daha da sürətlənir.
Azərbaycan və Qırğızıstan arasında humanitar münasibətlər həmişə mühüm yer tutub. Buna misal Bişkekin ən böyük məktəblərindən birinə Ulu Öndər Heydər Əliyevin adının verilməsidir. Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və ölkələrimiz arasında dostluğun bariz nümunəsidir. Qırğızıstan digər tütk dövlətləri kimi Ulu Öndərimiz Heydər Əliyevə çox böyük önəm verən dövlətlərdən biridir. Qırğız xalqı tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş dahi lider Heydər Əliyevi yaxşı tanıyır. Qırğız xalqı onu da bilir ki, Ulu Öndərimiz bütün həyatını öz dövlətinə, xalqın gələcəyinə həsr edib. Ölkəsi, milləti üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, ölkəmizdə bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib.
Cənab Prezident İlham Əliyev Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının açlışında iştirak edib. Dostluq Parkının açılışı Azərbaycan və Qırğızıstan arasında nəiki siyasi, iqtisadi həm də mədəni-humanitar əməkdaşlığı daha da artıracaq.
Sevindirici haldır ki, 2022- ci ildə Qırğızıstan və Azərbaycan Respublikaları arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub. Təbii ki bu uğurların fövqündə cənab Prezident İlham Əliyev durur. Cənab prezidentimizin ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə , onun dünya ölkələri içərisində nüfuzunun möhkəmlənməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyəti Qırğızıstan Respublikasında da dönə-dönə vurğulandı.
Rafis Babayev - Masallı rayonu-Hüseynhacılı kəndi.
