Azinfo » Bloq » Köşə yazıları » Masallı RİHB Araz Əhmədov 44 günlük Vətən müharibəsi şəhidinin anım mərasimində içtirak edib - FOTO

Masallı RİHB Araz Əhmədov 44 günlük Vətən müharibəsi şəhidinin anım mərasimində içtirak edib - FOTO

Tarix : 16-10-2022   /   Bloq / Köşə yazıları  
16 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Əzizov Elvin Əfrail oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və  jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əzizov Elvin Əfrail oğlunun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi Əzizov Elvin Əfrail oğlunun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.

Şərhlər: 0

Şərh yaz