Azinfo » Bloq » Köşə yazıları » Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Tarix : 16-10-2022   /   Bloq / Köşə yazıları  

 

                             


2020-ci ilin payızında əldə etdiyimiz Vətən Müharibəsi zəfəri, ölkəmizin eləcə də Müzəffər Ali Baş Komandanımızın nüfuzunu böyük ölçüdə artırdı. Bütün yollar Qarabağın azadlığına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi ki, buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.  2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün xalqımız onun arxasında vahid bir şəkildə birləşib, onun ədalət prinsiplərinin, haqq səsinin ardınca addımlamaqdadırlar.


Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq iki  il keçib. Tarixi Zəfərimizin ildönümü  ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edilir. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Artıq ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub.



Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı.


Azərbaycan xalqı öz Prezidenti, lideri ilə fəxr edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının qəhrəmanıdır!

 

 

 

 

"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Fərid Hüseynov. Masallı rayon Sığıncaq kəndi.

 

 

Şərhlər: 0

Şərh yaz