Prezident İlham Əliyevin Cari ilin 13 oktyabr Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin 6-ci zirvə toplantısının plenar iclasında çıxışı etmişdir.

2022-ci il 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin 6-cı zirvə toplantısının plenar iclası keçirilmişdir.Qazaxıstan sədrliyi ilə keçirilən bu toplantı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu il dönümünə həsr olunub.Əsas məqsədi Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi idi. Zirvə toplantısında 11 dövlət başçısı iştirak edib. Bu plenar iclasda Azərbaycanın ali baş komandanı, prezident İlham Əliyev də iştirak etmişdir. Tədbirdə Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev olmaqla, digər ölkələrin də hökumət və dövlət başçılarının iştirakı da baş tutdu. Astanada Asiyada 6-cı zirvə toplantısında İlham Əliyev Azərbaycanın siyasi,iqtisadi əlaqələrindən,II Qarabağ müharibəsində 44 günlük müharibədə qazandığımız qələbələrdən və ən əsası Ermənistanın Azərbaycana qarşl olan məkrli siyasətindən,təxribatlarından, Qarabağ münaqişəsindən və.s geniş şəkildə danışaraq Azərbaycanın necə tolerant bir ölkə olduğunu yenidən bəyan etdi.Uzaq görən dövlət xadimi İlham Əliyev tədbirdə Torpaqlarımızın 30 il ərzində Erməni işğalı altında olduğu zamanlarda necə dağıdıldığından,maddi mədəniyyət abidələrimizin,məscidlərin xarabalıqlara çevrilməsindən və bütün bunların məqsədli şəkildə edilməsindən ürək yanğısı ilə söz açıb.Hətta tədbir istirakçılarına Ermənilərin bu vəhşiliklərinə qarşı heç bir tədbirlərin görülməməsini, əksinə cinayətkar erməni vandalizminin daima təqdir edilməsini daha qabarıq formada vurğulamışdır.Həmçinin I Qarabağ müharibəsi zamanl çoxlu sayda
İnsan itkilərinin olduğunu,onların çoxunun işgəncələrə məruz qalaraq öldürüldüyünü və azad edilən şəhərlərdən aşkar edilən kütləvi məzarlıqların bariz nümunə olduğunu da qeyd etmişdir. Prezident İlham Əliyev plenar iclasın iştirakçılarına- hökümət başçılarına Azərbaycanın minalarla əhatələnmiş,ən çox minalar olan ölkələr sırasında bəlkə də birinci olduğunu qeyd etmiş. Buna səbəb olan Ermənistan dövlətinin necə mənfur, işğalçı bir dövlət olduğunu və minalara görə II Qarabağ müharibəsindən sonra bir çox mülki əhalinin həlak olduğunu qeyd etmişdir. Görkəmli dövlət xadimi İlham Əliyev müharibənin bitməsinə baxmayaraq Ermənilərin sülh şəraitində yaşamağa razı olmamasını,genişmiqyaslı təxribatlar törətməsini də hölümət başçılarına bəyan etmişdir.
İlham Əliyev Azərbaycanın 2019-cu ildən bəri Qoşulmama hərəkatına sədrlik etdiyini və bu hərəkatın nüfuzunu daima gücləndirmək üçün çalışdığından ürək açıqlığı ilə danışdı.Tarixdə tarix yazan sərkərdə,ali baş komandan,mahir siyasətçi İlham Əliyev Zirvə toplantısında dövlət başçılarının önündə Azərbaycanın necə sülhsevər dövlət olduğundan,qonşu dövlətlərlə mehriban qonşuluq siyasətindən əsaslı şəkildə danışdı və Azərbaycanı yekdilliklə müdafiə etdi.
Masallı rayon Yolağac kənd tam orta məktəbinin Tarix müəllimi Ağayeva Leyla Azər qızı.
