Azinfo » Bloq » Köşə yazıları » Ümumimilli Lider Heyder Əliyevin 12 dekabr anim günüdür.

Ümumimilli Lider Heyder Əliyevin 12 dekabr anim günüdür.

Tarix : 11-12-2022   /   Bloq / Köşə yazıları  

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu önder Heyder Əliyevin anım günüdür. 

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti , siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın , onun yaratdiğı dövlətin həyatinda əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. 


Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalişan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə  o,  Leninqradda xüsusi ali təhsil alib, 1957 -ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyun plenumunda Heydər Əliyev Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi şecilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Pariyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü secilən Heydər Əliyev SSRİ Nazirlər soveti sədrinin birinci muavini vəzifəsinə təyin edikib və SSRİ -nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 

   

Heydər Əliyev 1990-cu ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqdar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiyüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçivanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinin deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 

  

 Heydər Əliyev 1992-ci də Yeni Azərbaycan Partiyasının Naxçivan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seckilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 


2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinin razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış priblemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.


Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. 

Məhz həmin gündən dekabrin 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

 

 

B.Məmmədov ad.Böyük Xocavar kənd tam orta məktəbin Dil Ədəbiyyat müəllimi Ülviyyə Məmmədova.

Şərhlər: 0

Şərh yaz