Dayanıqlı İqtisadi inkişaf

Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf konsepsiyası dayanmadan inkişaf edir. Məlumdur ki, Müstəqillikdən sonra tikinti sahəsində yeniliklərin tətbiq edilməsi zərurətə çevrilmişdi. Köhnəlmiş və ya sıradan çıxmış, öz dövrünü başa vurmuş inzibati binaların yenilənməsi qarşıda duran vəzifələrdən idi. Dövlət başçımızın diqqət və qayğısı sayəsində regionlarımızda məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, səhiyyə müəssiələri yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Hansı ki, hazırda bu obyektlər vətəndaşların istifadəsindədir.
Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.
Ətraf mühit və “yaşıl artım” ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması.
Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına töhfələrini verdilər. Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da uğurlara nail olacaq, prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq.
Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyutəhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
Ceyhun Hüseynov Soltanağa oğlu . Masallı RMX İƏ söbəsinin mütəxəssisi
