Azinfo » Siyasət » "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" H.Əliyev

"Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" H.Əliyev

Tarix : 22-12-2022   /   Siyasət  

Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir çağırışlara cavab olaraq Azərbaycan keyfiyyətcə yeni dövrünü yaşayır. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib və son 19 ildə ötən hər gün Azərbaycanın uğurlu gələcəyini təmin edib. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi:"İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Əlbəttə ki, Ona göstərilən bu etimad və inam Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində böyük uğur qazandı. Belə ki, seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verdi. Həmin zamandan başlanan Prezidentlik fəaliyyəti Azərbaycanın uğurlu inkişafında önəmli rol oynamış oldu. Xalqın işıqlı gələcəyə, tərəqqi və inkişafı naminə xalq məhz Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. "2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq", - deyə Prezident İlham Əliyev bildirib. 

Bunu, Azinfo.az-a müsahibəsində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini İlkin Əzizov deyib.

İlkin Əzizov qeyd edib ki, son 19 ildə İlham Əliyev dövlət siyasətinin müasir modelini yaratmış oldu.Prezidentliyin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.  Azərbaycanın siyasi sisteminə mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlət başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bir çox ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlərin qurulması, eləcə də Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxışı dövlətimizin uğurla xarici siyasət yürütməsini özündə ehtiva edir. Ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı olması, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir.Özünün telekommunikasiya peyki olan azsaylı ölkələr sırasında olan Azərbaycan "Azerspeyc 1"-i orbitə buraxılması bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Sözsüz ki, bu Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Qeyd edək ki, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğulu addımlardar. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan, qısa müddət ərzində, dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir".Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.


Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində ələdə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.


Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.


Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir.Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.


Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri,əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır.Azərbaycan tarixdə heç vaxt bu qədər güçlü olmamışdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda sosial sahədə də böyük uğurlar qazanılmışdır. Prezident cənab İlham Əliyev Azərbaycanın sosial sahəyə şox böyük diqqət verən ölkə olduğunu qeyd edərək deyib: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesb edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Nəticədə Azərbaycan bu gün güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkədir. Azərbaycan Respublikasının 2023-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində sosial xərclər üzrə nəzərdə tutulan xərclərin həcmi buna bariz numunədir. Dövlət başçısının həyata keçirtdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər dayanıb. 2003-cü ildən ötən dövr ərzində əlkəmizdə minimum əmək haqqı 10 dəfə, orta aylıq əmək haqqı 7 dəfə, əhalinin nominal gəlirləri 6,9 dəfə, real gəlirləri 7,6 dəfə, pensiyalar 9 dəfə artmışdır.


Yeni Azərbaycan Partiyasının sədri kimi İlham Əliyev cənablarının təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılmışdır. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır. Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır.


Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynılxalq aləmdə gündəmi formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kim öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır.


Ulu Öndər Heydər Əliyevin iayiqli siyasi varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,balanslaşdırılmış xarici siyasət, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, 19 il ərzində ölləmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur. Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdi “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” Bu Gün həmin gündür. Azərbaycan dünyaya Günəş kimi döğmuşdur.



İlkin Əzizov
YAP Masallı rayon təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz