Azinfo » Bloq » Köşə yazıları » Böyük Qayıdışına dair Dövlət Proqramı.

Böyük Qayıdışına dair Dövlət Proqramı.

Tarix : 20-12-2022   /   Bloq / Köşə yazıları  

                           

 

           2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

            

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

           

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

           

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

            

Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur.     Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.

             

İllər ərzində Öz doğma yurd yerlərindən, elindən-obasından didərgin düşmüş, ata-baba ocağı sönmüş vətəndaşlarımızın yenidən,  torpaqlara həyatın canlanmasını əks edirəcəkdir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.     

            

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.  

              

Burada aparılacaq kompleks tədbirlər və yeni quruculuq işləri Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verəcək: "Buradakı, iqlimdən, yeraltı və yerüstü təbii sərvətlərdən, əkin sahələrindən, su ehtiyatlarından, termal mənbələrdən və  üstünlüklərdən səmərəli istifadə ölkəmiz və region üçün yeni imkanlar açacaq. Bu, ekoturizm, tibb turizmi və etnoqrafik turizmin genişlənməsinə rəvac verəcək. Buraya yeni həyatın qayıdışı, dünyada ilk insan məskəni olan Azıx mağarasının yerləşdiyi tarixi ərazilərimizə sivil insanların qayıdışı - məcburi köçkünlərin yenidən öz yurd yuvalarına yerləşməsi milli qürurla yanaşı, bəşəri təkamülə təkan verəcək.Bu, özlüyündə dünya azərbaycanlılarının illər boyu gözlədiyi bir imzadır. Daim həyat fəaliyyətlərində bu istiqamətdə atdıqları addımın məntiqi nəticəsidir.

 

  Rüfət Rufullayev-Masallı  Binə Xocavar kəndi

Şərhlər: 0

Şərh yaz