Azinfo » Bloq » Köşə yazıları » Dövlət Proqramının əhatə dairəsi

Dövlət Proqramının əhatə dairəsi

Tarix : 24-12-2022   /   Bloq / Köşə yazıları  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istərişğaldan azad edilən  ərazilərə səfərləri zamanı, istərsə də digər tədbirlərdə dəfələrlə  bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək.Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytararaq, hər bir şəhəri, kəndi dirçəldəcək.

Ölkə başçısı son aylarda, demək olar ki, bütün azad olunmuş ərazilərimizə gedir, aparılan bərpa işləri ilə yerində tanış olur, hazır obyektlərin açılışını edir, yeni tikintilərin təməlini qoyur.İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir.

Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacaq.

İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, “Yaşıl enerji zonası” konsepsiyasına əsasən Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş elektrik stansiyalarının (GES) tikintisi nəzərdə tutulur.Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.

  Müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır.

   “Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub.”

                                                                                                             Prezident İlham Əliyev

 

Masallı rayon sakini Məmmədov Anar

Şərhlər: 0

Şərh yaz