Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşündən sonra mətbuata bəyanat vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün yaradıcılığı ərzində daim ölkəmizin inkişafını fikirləşmiş, çiçəklənən Azərbaycanın gələcəyini görərək daha da səylə çalışmışdır . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu uğurda atılan növbəti işgüzar görüşlərindən biri də Serbiya ölkəsi ilə olmuşdur.21 dekabr tarixində Serbiya Respublikasının Prezidenti Vuçiç ölkəmizə işgüzar səfərdə olmuşdur .
Görüşdə ölkəmizin başçısı mühüm məslələrə toxunmuşdur. Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib.
Biz Azərbaycan ölkəsi olaraq beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələr arasında münasibətlərin tənzimlənməsi və bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahür etməsi mövcuddur və bu da təbii olaraq narahat edir . Beynəlxalq hüquq norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır . Belə universal strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda şəxsi dostluq münasibətlərindən istifadə edərək bütün sahələrdə Serbiya və Azərbaycan üçün nəticələr ürəkaçan olacaqdır. Bu tərəqqi nəticəsində ticarət əlaqələri , ticarət dövriyyəsi də artacaq , çünki hələ ki istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var , xüsusilə Azərbaycan və Serbiya üzərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir . Burada da uzlaşmaq üçün və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Və məsul qurumlar arasında təmaslar yaradılmışdır. Energetika sahəsi əməkdaşlığın bir hissəsini təşkil edir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii sərvətləri artıq müxtəlif istiqamətləri üzrə həm Serbiya, həm Avropa qitəsinə ixrac edilir . Təbii qaz və elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var . Bunun müvafiq danışıqlar aparılmışdır .
Növbəti ildən başlayaraq elektrik enerjisinin Serbiya ölkəsinə ixrac edilməsi üçün əməli praktiki addımlar atılacaq . Elektrik enerjisinin Avropa ölkələrinə çatdırılması üçün 4 gün əvvəl müvafiq sazişin imzalandığını da Cənab Prezident qeyd etmişdir. Qara dənizin dibi ilə salınacaq kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək . Hər biri ölkəmizin inkişafına təkan verir , yeni imkanlar yaradır. Digər əməkdaşlıq proseslərində olduğu kimi bu əməkdaşlıq dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Masallı rayonu N.Nərimanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aycamal Zabilqızı
