Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata bəyanat vermişdir.
Azərbaycanın milli maraqlar üzərində qurulan uğurlu xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin əhatə dairəsinin genişləndirilməsi xüsusi yer tutur. Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur.
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
İlham Əliyev ilk öncə onu bildirdi ki, 1 ay bundan qabaq o, Serbiyaya səfər etmiş və burada ona göstərilən yüksək qonaqpərvərliyə göre bir daha Aleksandr Vuçiçə təşəkkür edib.Həmçinin İlham Əliyev bildirib ki, Aleksanr Vuçiçij rəhbərliyi ilə ölkədə gedən inkişaf proseslərinden memnun olmuşdur.Həm Azərbaycan, həm də Serbiya öz imkanlarına , resurslarına güvənən ölkədir.Bu baxımdan yaxın gəlcəkdə ölkələrimiz arasında əlaqələr bir çox istiqamətdə daha da inkişaf etdiriləcək. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.
İki ölkə arasında nəqliyyat sahəsində də böyük əməkdaşlıq var.Həm enerji həm de təbii qazın daşınması üçün iki ölkə arasında əlaqələri inkişaf etdirəcək imkanlar kifayət qədərdir. Azərbaycan öz təbii qazına Avrooaya ixrac edir. Elektrornergetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün də addımlar atılacaq.
Babayeva Elanora
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi
