Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib.

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib.

Tarix : 22-01-2023   /   Bloq / Köşə yazıları  

     

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2023- cü il tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib.Cənab Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalının müxbirinə verdiyi müsahibəsində televiziya kanalının müxbirinin verdiyi hər bir suala çox geniş və hərtərəfli cavabı ilə diqqəti cəlb etdi. Bu da təbii ki, cənab Prezidentin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir.  Bəli,siz haqlısınız,bizim çox yaxşı münasibətlərimiz var.Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədri Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan əvvəl bizim çox yaxşı görüşümüz olub.Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində xatırladan dövlətimizin başçısı deyib:" Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrinin oldu."Bir kəmər,bir yol" sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüş zamanı o məni Çinin böyük dostu adlandırdı.Bu mənim üçün böyük şərəf idi .

            

Prezident İlham Əliyev:"Bir kəmər ,bir yol" çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox böyük bir təşəbbüsün olduğunu bildirmişdir.  Azərbaycan bu təşəbbüsə ilk günlərdə qoşulmuş və mövcud olmayan infrastruktura investisiya yatırmağa başlamışdır. Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından biri, bəlkə ən böyüy inşa etdilmışdır.Onun yükaşırma qabiliyyəti 15 milyon ton olduğu və 25 milyon tona qədər artıracağı qeyd olunmuşdur.  Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa edilmişdir. Əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq,bunu təkcə Azərbaycanda deyil, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq.Biz bütün digər layihələri- avtomagisrtallar,hava limanları kimi layihələri də həyata keçirmişik.Beləliklə,açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq,logistik və nəqliyyat mərkəzinə çevrildi.Həmçinin " Bir kəmər,bir yol" təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal- Cənub daşımanı fəallaşdırdı.
 İndi isə biz Şimal- Qərb marşrutu haqqında da danışırıq.Bu,uğurla inkişaf edən,qlobal layihədir.Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.

               

Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik.Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcüddur.Beləliklə biz bu səyləri birləşdirməliyik.Bizim prioritetlərə gəldikdə , bərpa olunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib.Son bir neçə ay ərzin biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir.
 Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək.Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq.Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq.Lakin bunun təkcə bizim ölkə üçün yox,həm də bütün region üçün çox böyük potensialı var.

                

Cənab prezident Çinin CGTN televiziya kanalına müsahibəsinin sonunda çin xalqını Çin təqvimi üzrə Yeni il bayramı münasibətilə təbrik edib."Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm.Bütün Çin xalqına sülh, firavanlıq və uğur Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq.Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var.Biz sevinirik Azərbaycan vətəndaşları Çinə ,Çin vətəndaşları da Azərbaycana çox səfər insanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır.Əminəm ki,Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək.Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək.



Ziyafəddin Cavadov, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

Şərhlər: 0

Şərh yaz