Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyevin 3 fevral Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak etmişdir.

Prezident İlham Əliyevin 3 fevral Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak etmişdir.

Tarix : 06-02-2023   /   Bloq / Köşə yazıları  


Bir Azərbaycan vətəndaşı olaraq, hər birimizə dəqiq məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev, ölkənin inkişafı üçün hər bir sahədə ilboyu ara vermədən əlindən gələn hər şeyi edir.Bu sahələrdən biridə ölkəmizin ən dəyərli sərvətlərindən biri olan Qaz yanacağı sahəsidir ki, prezident bu sahənin ölkəyə verə biləcək bütün sərfəli və faydalı tərəfləri üçün çalışır.Cari ilin fevral ayının 3-də bu sahədə, Bakıda, “Gülüstan“ sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.Dövlətimizin başçısı tədbirdə çıxış edərək çox vacib məsələlər haqqında danışıb. Prezident İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamlayaraq, onların bu vacib tədbirdə iştirakları və bu tədbirə verdikləri töhvəyə görə öz təşəkkürünü bildirmişdir.    
           
Prezident 1 il bundan qabaq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasından bu günə qədər keçən bir il ərzində bütün dünyada enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti xeyli artıb.Prezident bu msəslənin nə qədər vacib olduğunu bütün ictimaiyyətə və qonaqlara, enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik məsələsi qədər vacibdir deyə bildirib. Cənub Qaz Dəhlizi 2 ildən biraz artıq müddətə açılmağına baxmayaraq, artıq TANAP-ın və TAP-ın 2 dəfə artıq genişləndirilməsi nəzərdə tutulub.Prezident bu sahədə daha da böyük planlarının olduğunu və Qaz sahəsində 2027-ci ilədək Avropaya qaz ixracını 2 dəfəyə qədər artıracağımızı və bunu bacara biləcək potensialda olduğumuzu vurğuladı.Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq.Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud Şahdəniz yatağında hasilatın artırılmasına əlavə olaraq, bu birmənalı olaraq baş tutur və biz həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik.biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq.Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq.Prezident çıxışında bildirib ki, təbii qaz resurslarıyla bağlı dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək.Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclasıda olacaq.Heyətin çox kiçik cəmi 4 ölkədən ibarət olmasına baxmayaraq, bu sayın artma potensialı var.Biz təkcə dövlətlərin deyil, böyük şirkətlərin dəbu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.Buna görədə biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik.Mən tərəfdaşlarımız olan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Ruminiya, Moldova və Macarıstan dövlətlərinə öz təşəkkürümü bildirirəm.Prezidentin çıxışı və son illər ölkəmizin inkişafının bütün sahələrində görülən işlər inanırıq ki, gələcək zamanlarda xalqımızın rifahının  yaxşılaşdırılması, ölkəmizin gözəlləşməsi və ən yaxın gələcəkdə ölkəmizin İnkişaf Etmiş Ölkələr sırasına daxil olmağımıza təsir edəcək.Biz Azərbaycan vətəndaşı olaraq ölkəmizin və xalqımızın yaxşılığı naminə Prezidentimizin verdiyi və atdığı bütün qərarlara hörmətlə yanaşaraq daim arxasındayıq.

Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin direktor müavini:Cabbarov Camaləddin Sucəddin oğlu.

Şərhlər: 0

Şərh yaz