Kamerunda 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb
Kamerunda boru kəməri şirkətlərindən birinə məxsus təyyarə qəzaya uğrayıb.“AFP”nin xəbər verir ki, təyyarədə 11 nəfər olub.
Xilasetmə xidmətləri sərnişinlərin axtarışını aparır.
Bildirilir ki, əvvəlcə təyyarə ilə radioəlaqə kəsilib.
Sonra təyyarənin Nanqa Eboko şəhəri yaxınlığındakı meşədə qəzaya uğradığı məlum olub.
Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.
Şərhlər: 0
Şərh yaz
