Meksikada təyyarə qəzaya uğrayıb
Meksikanın Morelos ştatında supermarketə çırpılan Beechcraft təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə “Universal” məlumat yayıb.
KİV-in məlumatına görə, “Beechcraft King Air 90” təyyarəsi Temixco bələdiyyəsində qəzaya uğrayıb.
Xəsarət alan üç yaralı xəstəxanaya yerləşdirilib.
Mülki müdafiə və təcili yardım xidmətləri yerində işləyir.
Şərhlər: 0
Şərh yaz
