Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub

Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
 
Zəlzələ nəticəsində Ekvadorun Esmeraldas əyalətində 30 binaya ziyan dəyib.

Azinfo.az APA-nın xəbərinə istinadən bildirir ki, bu barədə Ekvador Fövqəladə Hallarda Risklərin İdarə Edilməsi üzrə Milli Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 6 maqnitudalı zəlzələdən sonra ardıcıl 3.9, 5.1 və 3.5 maqnitudalı üç təkan baş verib. Təkanlar ölkənin 11 əyalətində hiss olunub.
İlkin məlumata əsasən, 2 bina tamamilə dağılıb, 24 yaşayış binası və 4 dövlət qurumunun binasına ziyan dəyib.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.


Şərhlər: 0

Şərh yaz