Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Lvovun atəşə tutulması zamanı neft bazasına və zavoda hücum olub

Lvovun atəşə tutulması zamanı neft bazasına və zavoda hücum olub

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

“Lvova növbəti raket hücumları nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib”.

Azinfo.az APA-nın unn.com.ua-ya istinadən verdiyi məlumata görə, bunu Lvov meri Andrey Sadovıy deyib.

“Lvova endirilən yeni raket zərbələri nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Yaşayış binalarına ziyan dəyməyib", - deyə Sadovyi “Telegram” kanalında yazıb.

O bildirib ki, yanğının söndürülməsi davam edir. Müvafiq xidmətlər yerindədir.

Lvovda partlayış səsləri eşidilməkdədir. Şəhərin bəzi ərazilərindən tüstü görünür. Beş nəfərin öldüyü bildirilir.
Sadovıy bildirib ki, Lvovun atəşə tutulması zamanı neft bazasında və za
vodda yanğın başlayıb.

Şərhlər: 0

Şərh yaz