ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair sənədi ratifikasiya edib
Bu gün ABŞ Senatının Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi ABŞ-ın çoxdankı tərəfdaşlarımıza dəstəyinin nümayişidir.Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“NATO-ya qoşulmaqla bizim Finlandiya və İsveç müdafiə sahəsində əməkdaşlığımız daha da güclənəcək və bütün Transatlantik Alyansa fayda verəcək”,- deyə Prays bildirib.
Xatırladaq ki, sənədə 95 senator lehinə, bir senator isə əleyhinə səs verib.
Şərhlər: 0
Şərh yaz
