Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Peruda hökumət əleyhinə mitinqlərdə ölənlərin sayı 17-yə çatıb

Peruda hökumət əleyhinə mitinqlərdə ölənlərin sayı 17-yə çatıb

Tarix : 10-01-2023   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Perunun Hulyaka şəhərində hökumət əleyhinə mitinqlərdə ölənlərin sayı 17-yə çatıb, 52 nəfər xəsarət alıb.

Bu barədə San-Roman əyalətinin səhiyyə qurumu məlumat yayıb.

Bundan əvvəl aksiyalarda 12 nəfərin öldüyü açıqlanmışdı.
Hulyaka aeroportunda polislə toqquşmalar yanvarın 6-da başlayıb. Etirazçılar Peru Prezidenti Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər. Baş nazir Alberto Otarola bildirib ki, aksiya iştirakçıları ilə danışıqlar aparmaq üçün bölgəyə nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, Pedro Kastilyanın 2022-ci il dekabrın 7-də hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar yolları bağlayıb, aeroportları, hakimiyyət orqanları və güc strukturlarının binalarını ələ keçirib. Dekabrda baş verən toqquşmalarda 30-dək insan həlak olub, yüzlərlə insan xəsarət alıb.

Şərhlər: 0

Şərh yaz