İran XİN başçısı ABŞ-la razılaşmanı mümkün sayır

Əgər Ağ Ev səmimi davranış sərgiləsə, sazişin əldə olunması mümkündür .
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz “Twitter“ hesabında yazıb.
Vyanada aparılan nüvə müzakirələrinin dayanmasına toxunan H. Əmir Abdullahiyan müzakirələrdə fasilə elan olunmasında ABŞ-ı təqsirləndirib.
"Xarici İşlər Nazirliyi xalqın mənafeyini qoruyur və qırmızı xətlərə tam gücü ilə, məntiqlə əməl edir. Heç vaxt ABŞ-ın tələblərini qəbul etməyəcəyik. Əgər Ağ Ev səmimi davranış sərgiləyərsə, saziş əldə etmək mümkündür."
Şərhlər: 0
Şərh yaz
