Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » İran XİN Ərdoğanın Tehran səfəri ilə bağlı açıqlama verib

İran XİN Ərdoğanın Tehran səfəri ilə bağlı açıqlama verib

Tarix : 04-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın İrana səfərinin vaxtı dəqiqləşdikdən sonra bu səfər baş tutacaq.

Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran və Türkiyə əlaqələri hazırda öz axarında davam etdirilir. "Cənab Ərdoğanın İrana səfərinin dəqiq tarixi hələki müəyyənləşməyib. Ankaradakı dostlarımızın dəqiq tarixi elan etməsini gözləyirik və vaxt müəyyənləşən kimi elan verəcəyik".

S.Xətibzadə Ukrayanda baş verən müharibəyə də münasibət bildirib. "Rusiya İranın qonşu ölkəsidir. Avrasiya bölgəsinin bu müharibə və zorakılığa dözmək gücü yoxdur. Bu müharibə Avrasiya bölgəsini və dünyanın digər bölgələrini öz təsiri altına alıb. Hamı çalışır ki, bu müharibə dayandırılsın və münaqişə danışıqlar yolu ilə öz həllini tapsın”, o deyib.

Şərhlər: 0

Şərh yaz