İranda yol qəzasında 7 nəfər yanaraq ölüb

İranda baş verən yol qəzasında 7 nəfər həyatını itirib.
Qəza İranın cənubunda Hörmüzqan əyalətində baş verib.
Qəza zamanı iki minik avtomobil toqquşub və daha sonra yanğın baş verib.
Minik avtomobillərində olan 7 sərnişin yanaraq həyatını itirib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Şərhlər: 0
Şərh yaz
