Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İranda binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb

İranda binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb

Tarix : 24-05-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  
İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb.

Tehran bürosunun məlumatına görə, binanın sahibi, podratçı şirkət rəhbəri və Abadan şəhər meriyasına tikintiyə nəzarət şöbəsinin 6 əməkdaşı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, Abadan şəhərində çökən binada 6 nəfər ölüb, 29 nəfər yaralanıb.

Dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.

Şərhlər: 0

Şərh yaz