İranda qaz yatağı kompleksində yanğın baş verib
İranda Əsaluyə qaz yatağı kompleksində yanğın baş verib.Yanğın üçüncü emal zavodunda günün ikinci yarısında qeydə alınıb.
Hadisəyə qaz partlaması səbəb olub.
Partlayış və yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Şiraz şəhərində xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti kritikdir.
Şərhlər: 0
Şərh yaz
