Yaponiyanın xarici işlər naziri Polşaya səfər edib

Yaponiyanın xarici işlər naziri Yosimaşa Hayaşi Polşaya səfər edib.
Azinfo.azNHK telekanalına istinadən xəbər verir ki, Yaponiya XİN başçısının səfəri aprelin 5-dək davam edəcək.
Yosimaşa Hayaşi Polşa hökumətinin yüksək rütbəli nümayəndələri ilə danışıqlar aparacaq və ukraynalı qaçqınlarla bağlı vəziyyəti qiymətləndirəcək.
Yaponiya mətbuatının yazdığına görə, o, səfərinin sonunda Ukraynadan olan 30-a yaxın qaçqını hökumət təyyarəsi ilə ölkəsinə gətirmək niyyətindədir.
Şərhlər: 0
Şərh yaz
