Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək

Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək

Tarix : 28-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək”,- deyə baş katib bildirib.
Aprelin 26-da “Kyodo” agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək.
O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.

Şərhlər: 0

Şərh yaz