Azinfo » Dünya Xəbərləri » Asiya xəbərləri » İordaniya kralının qardaşı şahzadə titulundan imtina edib

İordaniya kralının qardaşı şahzadə titulundan imtina edib

Tarix : 03-04-2022   /   Dünya Xəbərləri / Asiya xəbərləri  

İordaniya kralı II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib.

Bu barədə “Twitter“də yazıb.

Həmzə bin Hüseyn mesajında “İordaniyaya sadiq qaldığını” və şəxsi həyatında “vətənə və İordaniya xalqına xidmət edəcəyini” qeyd edib.
Xatırladaq ki, İordaniya xüsusi xidmət orqanları istintaq zamanı sabiq vəliəhd şahzadə Həmzə Bin Hüseynin şübhəli fəaliyyətinin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını müəyyənləşdirmişdi.

Şərhlər: 0

Şərh yaz