Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » AŞPA prezidenti Ukraynaya gedir

AŞPA prezidenti Ukraynaya gedir

Tarix : 05-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Ukraynaya gedir.

AŞPA Prezidenti bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, Lvovda Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşəcək: “AŞPA siyasi qruplarının rəhbərləri ilə birlikdə Ali Radanın sədri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyik”.

Prezident və qrup rəhbərləri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Lvov şəhərinin meri Andrey Sadoviy ilə də görüşəcəklər.

Şərhlər: 0

Şərh yaz