Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır

Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.
Azinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.
Vyanadakı Rusiya səfirliyinin 3, Zalsburqdakı Rusiya konsulluğunun isə 1 əməkdaşı aprelin 12-nə qədər Avstriyanı tərk etməlidir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avstriyanın atdığı addıma cavab veriləcəyini bildirib.
Şərhlər: 0
Şərh yaz
