Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukrayna polisi əhalidən 11 tank müsadirə edib

Ukrayna polisi əhalidən 11 tank müsadirə edib

Tarix : 26-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna polisi müharibə başlayandan Poltava vilayəti əhalisindən 11 tank müsadirə edib.

UNİAN-a istinadla xəbərinə görə, bu barədə vilayətin polis idarəsi bildirib.

Qeyd olunub ki, 1 ay ərzində Poltava vilayətində polis qanunsuz dövriyyədən 11 tank, 2 zirehli avtomobil, 8 pulemyot, 9 avtomat və 4000-dək güllə çıxarıb. Bunlar əsasən döyüş meydanında tərk edilmiş hərbi ləvazimatdır.

Şərhlər: 0

Şərh yaz