Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Almaniya İsraildən "Arrow 3" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır

Almaniya İsraildən "Arrow 3" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Almaniya İsraildən yeni hava hücumundan müdafiə sistemi alır.

Azinfo.az ”bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə kansler Olaf Şolz Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə müzakirə aparılıb.

“Arrow 3” hava hücmundan müdafiə sisteminin alınması haqqında sövdələşmə 2 milyard dollara başa gələcək.

Bildirilir ki, radar sistemləri Almaniyanın üç nöqtəsində yerləşdiriləcək.
“Radarlar o qədər güclüdür ki, qoruyucu sistem Polşanı, Rumıniyanı və ya Baltikyanı ölkələri də əhatə edə bilər”,- deyə qəzet yazır.

Şərhlər: 0

Şərh yaz