Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Fransada seçkidə iştirak göstəricisi məlum olub

Fransada seçkidə iştirak göstəricisi məlum olub

Tarix : 24-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Fransada seçki hüququ olan şəxslərin 63,23%-i saat 17.00-dək (Bakı vaxtı 19.00) prezident seçkilərinin ikinci turunda səs verib.

Bu barədə Franda DİN məlumat yayıb. Seçkilərin birinci turunda saat 17.00-dək seçicilərin 65%-dən çoxu səs vermişdi.

Müqayisə üçün deyək ki, 2017-ci ilin seçkilərində saat 17.00-dək seçicilərin 65,30%-i, 2012-də isə 72%-i səs vermişdi.

Qanunla səsvermə paris vaxrtı ilə saat 19.00-da başa çatmalı olsa da, birinci turda növbə böyük olduğundan bəzi məntəqələr 21.00-da bağlanmışdı.

Şərhlər: 0

Şərh yaz