Çavuşoğlu: “Ümid edirik görüşlər Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq“

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü nəticəsində Rusiya-Ukrayna nümayəndə heyətləri Türkiyədə görüşəcək.
Azinfo.az APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Baş diplomat tərəflərin Türkiyəyə göstərdiyi etimadın doğurduğu məsuliyyətinin fərqində olduğunu vurğulayıb: “Ümid edirik ki, görüşlər daimi atəşkəsə nail olmaqla nəticələnəcək və sülhə gətirib çıxaracaq”.
Şərhlər: 0
Şərh yaz
