Almaniyada qatar qəzaya uğrayıb, 3 sərnişin ölüb, 60 nəfər yaralanıb
Almaniyanın Bavariya əyalətində regional sərnişin qatarının qəzaya uğraması nəticəsində 3 sərnişin ölüb, onlarla insan yaralanıb.Münhenə doğru hərəkət edən qatarın relsdən çıxması nəticəsində qəza baş verib.
Yerli rəsmi bildirib ki, qəza nəticəsində azı 60 nəfər yaralanıb, onlardan 16 nəfərinin vəziyyəti ağırdır.
Polis bildirib ki, qəza zamanı qatar kifayət qədər dolu olub.
Yerli vaxtla təxminən 12:20-də Münhenə doğru hərəkət edən qatarın relsdən çıxmasına nəyin səbəb olduğu açıqlanmayıb.
Şərhlər: 0
Şərh yaz
