Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ərzaqla yüklü iki gəmi bu gün Ukrayna limanından hərəkət edəcək

Ərzaqla yüklü iki gəmi bu gün Ukrayna limanından hərəkət edəcək

Tarix : 08-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Birgə Koordinasiya Mərkəzi avqustun 8-də iki ərzaqla yüklü gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

“Birgə Koordinasiya Mərkəzi ümumi çəkisi 59 469 ton ərzağı daşımaq üçün iki gəmiyə humanitar dəhlizə daxil olmağa icazə verib”, - deyə məlumatda qeyd olunub.

BMT-nin məlumatına görə, Yujnı limanından yola çıxacaq “MV Sacura” gəmisi İtaliyaya 11 min ton soya, Çornomorskdan isə “MV Arizona” gəmisi 48 min 459 ton qarğıdalı ilə Türkiyəyə yola düşəcək.

Şərhlər: 0

Şərh yaz