Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib

Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib

Tarix : 09-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  


İstanbuldakı Koordinasiya Mərkəzi Ukraynanın Çernomorsk limanından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 gəmi humanitar dəhlizlə 70 000 ton ərzaq daşıyacaq. Gəmilərin biri Cənubi Koreyaya 64 000 ton qarğıdalı aparacaq. Digər gəmi isə 5 300 ton günəbaxan yağı ilə İstanbula yola düşəcək.

Şərhlər: 0

Şərh yaz