Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Fransa Makrona sui-qəsd cəhdində 12 şübhəlini ittiham edib

Fransa Makrona sui-qəsd cəhdində 12 şübhəlini ittiham edib

Tarix : 08-09-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Fransa Milli Antiterror Prokurorluğu (PNAT) 2018-ci ildə Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda ifrat sağçı qrupun üzvü olduğu iddia edilən 12 nəfəri ittiham edib.

Bu barədə çərşənbə günü “Frans Press“ agentliyi məlumat yayıb.

Məlumata görə, ittihamlar 22-62 yaş arası 11 kişi və bir qadına qarşı irəli sürülüb.

Müstəntiqlərin fikrincə, ittiham olunanlar sağçı radikal qurupun üzvü olub.

AFP-nin məlumatına görə, istintaq 2018-ci ilin noyabrında başlayıb. İş üzrə ilkin olaraq 14 nəfər iştirak etsə də, istintaq zamanı prokurorlar iki nəfərə qarşı irəli sürülən ittihamlara baxmaqdan imtina ediblər.

Şərhlər: 0

Şərh yaz